9 C
Baku
Sunday, December 22, 2024

Süni İntellektin müsbət və mənfiləri

Yəqin ki Süni İntellekt (Sİ) anlayışı artıq bizə yad deyil. Hər gün buna dair ya məhsul və xidmətlərlə rastlaşırıq, ya da bu yanaşmanın insanların fəaliyyət göstərdiyi əksər sahələrdə tətbiqinə dair müzakirələri eşidirik. Bununla belə, bildiklərinizi xatırlamaq istəsəniz bu linkə keçid edə bilərsiniz.

Bu dəfə Sizinlə Sİ-nin müsbət və mənfi cəhətləri barəsində qısa qeydlər paylaşılacaq. Bildiyiniz kimi, bu texnoloji yeniliyin faydaları ilə yanaşı zərərləri də illərdir müzakirə mövzusudur. Hətta texnoloji imkanların geniş tətbiq olunduğu cəmiyyətlərdə belə bu “yenilik” və ya “çağırış” heç də birmənalı qarşılanmır. Bunun da əsas səbəbi əsasən kütlələr tərəfindən cəmiyyətdə Sİ-nin işsizliyi kəskin olaraq artıracağı “gözləntiləri” və ya “qayğılarıdır”.  Bu da anlaşılandır. Cəmiyyətlərin texnologiyaya adaptasiya sürəti ilə texnologiyaların özlərini yeniləmə sürətləri dəfələrlə sonuncunun lehinədir. Bununla belə, bu reallıq qaçılmazdır. Bu reallığı cəmiyyətlər nə qədər tez məniməsəyərlərsə onun faydasını daha tez əldə edər, zərərlərini isə minimallaşdırarlar.

Elə isə gəlin Sİ-nin müsbət və mənfi tərəfləri ilə tanış olaq. Qeyd olunmuş müsbət və mənfilər qlobal miqyasda ən çox vurğulanan, ən çox istinad edilənlərdir.

Müsbətlər:

  • Təkrarlanan və yorucu işlərin, tapşırıqların avtomatlaşdırmaqla tamamilə aradan qaldıra bilməsi
  • Tətbiq edilən proses və tapşırıqlarda minimum və ya heç bir xətanın, səhvin olmaması
  • Sürətli və doğru qərarları verə bilməsi
  • Günün istənilən vaxtı fəaliyyət göstərə bilməsi (24×365)

 

Mənfilər:

  • Sİ-nin ilkin mərhələdə tətbiqi böyük investisiya (maliyyə, texnoloji) tələb etməsi
  • Bu sahədə təcrübəli mütəxəssislərin azsaylı olması və ya heç olmaması
  • Tamamilə Sİ məhsulu və xidmətlərinin hələ də tam formalaşmaması
  • Sİ-dən arzuolunmayan məqsədlər üçün istifadə oluna bilinməsi
  • Sİ-nin tətbiqi nəticəsində işsizliyin artması

 

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər