14 C
Baku
Saturday, November 23, 2024

MİDA Füzulidə yaşayış kompleksinin tikintisi üçün 604 min manat xərcləyəcək

MİDA MMC Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Füzuli şəhərində 8,90 ha torpaq sahəsində yaşayış kompleksinin şəhərsalma əsaslandırılmasının, tikinti layihəsinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması və müəllif nəzarətinin yerinə yetirilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 604 392 manatdır.

Son xəbərlər
Digər xəbərlər