Rusiyada “İnstagram” sosial şəbəkəsinin analoqu hazırlanıb.
“Rossgram” adlanan şəbəkənin martın 28-dən istifadəyə veriləcəyi bildirilir.
İnternet-marketoloq Aleksandr Zobov adi istifadəçilər üçün “Rossgram”a girişin 2022-ci ilin aprelində açıq olacağını söyləyib.
“2022-ci il martın 28-də “İnstagram”ın rus analoqu Android və iOS üçün adi funksionallıq və mobil proqramlarla istifadəyə veriləcək. Giriş 2022-ci ilin aprelində adi istifadəçilər üçün açıq olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyada “Meta” şirkətinə daxil olan “Facebook” və “İnstagram” şəbəkələri bloklanıb. Bloklanmaya səbəb isə həmin şəbəkələrdə Rusiya-Ukrayna müharibəsinin əleyhinə təbliğat olub.