Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Bu barədə o tviterdə yazıb.
“Əlçatanlığımız, neytral və qərəzsiz humanitar işimizi genişləndirə bilməmiz, icmalar və hakimiyyət orqanları ilə danışmaq üçün buradayam. Ukraynada insanlar kömək üçün fəryad edirlər. Ehtiyaclar böyük, şərtlər dəyişkəndir. Biz onların çağırışlarına cavab vermək üçün səylərimizi əsirgəmirik”, – BQXK-nin prezidenti bildirib.