İran Asiyadan olan neft alıcıları üçün hər bareldə neftin qiymətini $4.70 qaldırıb.
Banker.az xəbər verir ki, bu barədə Reyters-ə iki mənbə bildirir.
Ölkənin milli neft markası “Iran Light” bununla da hazırkı qiymətdən $2.05 baha olacaqdır.
Qeyd edək ki, ABŞ və Qərb İranla nüvə danışıqlarını bərpa etmişdilər. Bununla onun bazara qaytarmaqla enerji daşıyıcılarının qiymətini artan təkliflə qismən azaltmağa çalışırdılar.
Lakin, bir neçə gün sonra danışıqlara “kənar müdaxilə” olması adı ilə, dayandırıldı.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqların necə nəticələnməsindən asılı olmayaraq, ABŞ Rusiya nefti əvəzinə İrandan neft idxal etməyi planlaşdırmır.
“İrandan neft idxalına qadağa qoyulması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalacaq. Biz Rusiya neftini İran nefti ilə əvəz etmək fikrində deyilik” deyə o bildirir.