14 C
Baku
Saturday, November 23, 2024

Rusiyaya qarşı sanksiyaların Azərbaycan biznesinə təsiri araşdırılır

Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycanın kiçik və orta biznes (KOB) sahəsində ixracatçıların fəaliyyətinə təsirsiz ötüşməyib.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı dövlət tərəfindən müvafiq işçi qrupu yaradılıb və sahibkarlarla danışıqlar aparılır.

“İşçi qrupunun fəaliyyətindən sonra konkret olaraq hansı ziyan, hansı nəticələr olacaq həm ictimaiyyətə, həm də sahibkarlara bildiriləcək. Ondan sonra da o problemləri aradan qaldırmaq üçün işlər görüləcək. Əlbəttə, dövlət öz sahiblkarlarını qoruyacaq və onlara bu sahədə kömək edəcək. Müraciətlər həm KOBİA-ya həm də İqtisadiyyat Nazirliyində qəbul olunur və daha sonra işçi qrupu və dövlətin başqa qurumları da fəaliyyət göstərir”, – deyə O. Məmmədov qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər