İtalyanın şin istehsalı şirkəti “Pirelli” Rusiyaya investisiyaları dayandırır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Şirkət Rusiyadakı iki zavodda dünya şinlərinin təxminən 10%-ni istehsal edir.
“Təhlükəsizliklə bağlı olanlar istisna olmaqla, Rusiyaya investisiyalar dayandırılıb. Rusiyada zavodların fəaliyyəti əmək haqqı və sosial xidmətilərin ödənilməsini təmin etmək üçün məhdudlaşdırılacaq”, – deyə mesajda bildirilir.
Bundan əvvəl Fransanın təkər istehsalçısı “Michelin” Rusiyada istehsalı dayandırdığını açıqlayıb. Xarici bizneslərin ölkəni tərk etməsi Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynada elan etdiyi hərbi xüsusi əməliyyata cavab olaraq başlayıb.