14 C
Baku
Saturday, November 23, 2024

İlin ilk 2 ayında bank sektorunun xalis mənfəəti 47% artdı

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan bankların xalis mənfəəti kəskin artımla 107.7 milyon manata çatıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.

Cari ildə faizlərdən 394.9 mln. manatlıq gəlir əldə ediblər, bunun 330.3 mln. manatı kreditlərdən daxil olub. Faiz gəlirləri öncəki ilin eyni dövrü ilə müqayisədə 21% artıb.

Bank sektorunun faiz xərcləri isə 95.7 mln. manat olmuş, burada 66.3 mln. manat depozitlər üzrədir.

Bankların qeyri-faiz gəlirləri 144 mln. manat, qeyri-faiz xərcləri isə 272.7 mln. manat olub. Nəticədə sektorun əməliyyatı 161.8 milyon manat təşkil etmişdir.

Banklar 24.6 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar etmiş ki, bu da onun mənfəətini 137.2 mln. manata düşürdüb.

Əlavə olaraq isə  29.5 milyon manat gəlir vergisi ödəmiş və 107.7 mln. manatlıq xalis mənfəət əldə ediblər.

Xalis mənfəət öncəki ildən 47.3% çoxdur.

Son xəbərlər
Digər xəbərlər