2 C
Baku
Saturday, December 14, 2024

Bankların aktivlərinin həcmi artıq 38.5 mlrd. manata çatdı

Azərbaycanda bank sektorunun aktivlərinin həcmi bir qədər də artaraq 38 milyard manatı ötüb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 28 fevral 2022-ci il üçün açıqladığı icmal göstəricilərinə istinadən xəbər verir.

1 mart 2022-ci il tarixinə bankların 38 milyard 483.4 milyon manat aktivə malik olub. Aktivlərin həcmi son ayda 501.1 milyon manat, yaxud 1.32% artım deməkdir.

Bank aktivlərinin artımına böyük dəstək müştərilərə verilən kreditlərin həcminin son bir ay ərzində 16 mlrd. 781.4 mln. manatdan  17 mlrd. 126.5 mln. manata yüksəlməsidir.

Sektorun öhdəliklərinin həcmi 33 mlrd. 421.9 mln. manatdır, burada, 27 mlrd. 055.5 mln. manatı müştərilərdən cəlb edilmiş depozitlərdir.

Bankların cəmi kapitalı isə 5 mlrd. 061.5 milyon manatı cəmi kapitaldır.

Qeyd edək ki bank sektoru 2022-ci ilin ilk 2 ayında 108 mln. manat xalis mənfəət əldə edib.

350395834059348

Son xəbərlər
Digər xəbərlər