10 C
Baku
Saturday, January 11, 2025

Maykl Blumberq: mer və milyarderin tarixi

Dünyada dollar milyarderi statusu ilə fəxr edə biləcək siyasətçilərin sayı ilə də çox deyil, həm uğurlu biznesmen, həm də siyasi xadim olmaq heç də hamıya nəsib olmur. Əgər söhbət Avropadan getsəydi, bizim ağlımıza gələn ilk isim Silver Berluskoni olardı. Amma Amerikanın da öz Berluskonisi var və bu şəxsin adı Maykl Blumberqdir. 

 O, əsl maliyyə Moqolu, uğurlu mer və bütün Nyu-Yorkluların sevimlisidir. Forbesin tərtib etdiyi ən varlı amerikanların siyahında Bulmerqin də yer alması faktı bu amillərdən birincisini təsdiq edir. Onun uğurlu siyasətçi olmasını isə Nyu-York şəhər qanunvericilik şurasının onun şəhər meri vəzifəsinə üçüncü dəfə ardıcıl şəkildə öz namizədliyi irəli sürməsinə icazə verməsi sübut edir.

 Başlanğıc kapital qazanmaq üçün «dayıya» işləməli olmaq

Maykl Blumberq 1942-ci il 14 fevralda Bostonda dünyaya göz açmışdır. Onun valideynlərinin elə də böyük gəlirləri olmayıb –atası mühasib, anası isə katibə işləyib. Elə buna görə də Maykl Cons Hopkins Universitetində təhsilini davam etdirmək üçün, yanacaq doldurma məntəqəsində işləyərək, xərclərini özü qarşılamağa çalışıb. 1964-cü ildə o universiteti bitirir və elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alır. Bu hələ başlanğıc idi, cəmi iki il sonra Blumberq Harvardın  məzunu olur. Burada o, MBA diplomu alaraq, işgüzar idarəetmə magistri olur. Beləliklə Mayklın təhsilini mükəmməl adlandırmaq olar, çünki o, özündə həm texniki sahəni, həm də biznesi birləşdirə bilir.

MBA dərəcəsi aldıqdan sonra Blumberq maliyyə məsələləri ilə məşğul olan Salomon Brothers kompaniyasına işə düzəlir. Burda Maykl çox qısa müddət ərzində özünə karyera qurmağı bacarır. Az bir müddətdən sonra o, kompaniyanın bərabər hüquqlu şəriki olur (bunun əvəzində o səhmlərin bir hissəsini alır) və informasiya sistemləri üzrə rəhbər vəzifəsinə təyin olunur. Bu heç də elə belə baş verməmişdi. Öz təhsilinə görə Maykl bu vəzifəyə əla uyğun gəlirdi. Ən azı ona görə ki, o texnika mühəndisi idi. Çox qısa zaman kəsiyində Bloolberqin rəhbərlik etdiyi bölmə tam gücü ilə işləməyə başladı. Amma öz zəhmətinin bəhrəsini uzun müddət ərzində dadmaq Maykla qismət olmadı.

Məsələ ondadır ki, Salomon Brothers həmin dövrdə neft, metal və fərqli kənd təsərrüfatı məhsulları satışı ilə məşğul olan Phibro kompaniyası ilə birləşdi. Bildiyiniz kimi, istənilən birləşmə həmdə işçi heyətinin ixtisarı ilə müşayiət olunur. Təəssüf ki, Blumberq də məhz belə bir ixtisar dalğasına düşür, amma digər tərəfdən yanaşsaq o həddindən artıq fəal idi və bu isə təzə kompaniyanın rəhbərliyinin heç də ürəyincə deyildi.

Iş yerinin itirilməsi Blumberqi heç də depressiyaya salmadı. Doğrusu tam əksinə oldu. Bu, onun qarşısında yeni imkanlar açdı. Maykl harada pul qazana biləcəyini anladı və onda möhkəm bir əminlik əmələ gəldi ki, məhz o bu işin öhdəsindən gələ bilər. Xoşbəxtlikdən bunun üçün lazım olan başlanğıc kapital onda var idi. Sadəcə keçmiş işəgötürənin səhmlərini satmaq lazım idi, indi onların dəyəri bir neçə milyon dollara bərabər olmuşdu.

Biznes

 Blumberqin ideyası onda idi ki, o müxtəlif kompaniyalara maliyyə ilə bağlı informasiya xidməti təklif etmək istəyirdi. Bundan ötrü o, öz kompaniyasını yaratdı və  onun kimi qovulmaya məruz qalmış Salomon Brothers-in üç keçmiş əməkdaşını da işə dəvət etdi. Həmin zaman bu bazarda aşkar lider Reuters agentliyi idi. Lakin Blumberqin Yulius Reyterin uşaqlarını geridə imkanı az deyildi. Kütləvi kompüterləşmə epoxası yetişmişdi. Sadəcə bu texnoloji inqilabı öz xeyrinə istifadə etməyi bacarmaq, ondan maksimal dərəcədə fayda götürmək lazım idi (burada qeyd etmək lazımdır ki, Reuters heç də yüksək texnologiyalardan tamamı ilə uzaq bir şirkət deyildi, əks təqdirdə agentlik bu gün də öz işini müvəffəqiyyətlə davam etdirə bilməzdi) .

Beləliklə, 1981-ci ildə dünyaya Innovative Market Systems kompaniyası göz açır, gələcəkdə isə onun adı dəyişdirilərək, Bloomberg LP olacaqdı. Bununla yanaşı kompaniyanın başlanğıc kapitalı 10 milyon dollar idi. İdeya müxtəlif şirkətlərə işgüzar informasiya, o cümlədən maliyyə ilə bağlı xidmətlər təklif etməkdən ibarət idi. Bunu həmin dövrdə fəaliyyət göstərən digər şirkətlərdən fərli olaraq, xaotik şəkildə deyil, sistemli şəkildə cari trendləri qeyd etməklə həyata keçirmək lazım idi.

Maykl Blumberqin ilk müştərisi məşhur investisiya bankı olan Merrill Lynch olmuşdur. Maraqlısı ondadır ki, Blumberqin Merrill Lynch-ı onun ilk müştərisi olmağa necə razı salması əhvalatı bu gün də əsl biznes-əfsanəsidir. Maykl investisiya bankının ofisinə şəxsən getmiş, orada o, öz kompaniyasının biznes planını onlara təqdim etmişdir, o demək olar ki, gələcək məhsulu tam təsvir etmiş, bundan sonra isə banka məhsulun sınaq versiyasını təklif etmişdir. Əsas məqsəd isə o idi, Merrill Lynch Innovative Market Systems-dən olan bu uşağın potensialını lazımınca qiymətləndirə bilsin. Məhz bu üsulla Blumberqin ilk informasiya terminalı bank məkanına daxil olur. Fond bazarından informasiyanı demək olar ki, dərhal yığmağı bacaran bu qurğu Merrill Lynch-ın o qədər xoşuna gəlir ki, bank dərhal 20 belə terminal sifariş etməyə qərar verir .

Beləliklə Maykl Blumberiqn ilk müştərisi, həm də ilk investoru …yaranır. Qısa müddətdən sonra Merrill Lynch 30 milyon dollara Innovative Market Systems-in səhmlərinin 20%-ni alır. Bu pullar şirkətə həmin dövrdə olduqca gərəkli olur, belə ki onun inkişafını sürətləndirməyə imkan verir.

Yəqin ki, söhbətin hansı terminallardan getdiyinə aydınlıq gətirməyə ehtiyac var.  Siz hamınız onları fond bazarları ilə bağlı fotoşəkillərdə görə bilərdiniz. Bugünkü zamanda da, Bloomberg Professional terminallarına belə qurğulara ehtiyac duyan bütün maliyyə şirkətlərində rast gəlmək mümkündür. Hansı isə mənada bu bir növ korporativ standartdır, necə ki əməliyyat sistemi bazarında Microsoft Windows standart hesab olunur. Bununla yanaşı zaman ötdükcə Bloomberg Professional qurğusu öz etibarlığını və funksionallığını nümayiş etdirərək, bununla bir daha məhsulun yüksək keyfiyyətini təsdiq etmişdir. Əlbəttə işgüzar informasiyanın yayılması böyük miqdarda jurnalist ordusu olmadan mümkün deyil. Bu problemin həlli üçün Blumberq Dow Jones ilə müqavilə imzalayır, buna əsasən kompaniya öz şəbəkəsində The Wall Street jurnalının materiallarından istifadə etmək hüququ əldə edir. Bu ittifaq 1990-cı ilə qədər davam edir, həmin vaxt Dow Jones gözlənilmədən müqaviləni pozmaq qərarına gəlir. Bunun səbəbi bu günə qədər naməlum olaraq qalır. Hər necə olsa, indi Blumberqə öz redaktor heyətini yaratmaq tələb olunurdu, kobud dillə desək, yazmağı bacaran adamları işə götürmək lazım idi.

Bu məsələnin öhdəsindən gəlmək üçün, Maykl diqqətini cavanlara doğru yönəltdi. Bu çox gözlənilməz gediş idi. Blumberq təcrübəli və bahalı mütəxəssislərin axtarışına çıxmadı, o istedadlı məzunları işə götürməyə başladı. Tezliklə Bloomberg LP-nin nəhəng bir əməkdaş ştatı əmələ gəlir, bu gün onlar bütün dünya üzrə çalışır və öz şəbəkəsini bütün lazımı, zəruri informasiya ilə təchiz edirlər.

Belə nəhəng bir ştatın təşkil olunması yeni növ xidmətlərin tətbiqini tələb etdi və onlar özünü çox da uzun müddət gözlətmədi. Blumberq radiostansiya alır, maliyyə tematikası üzrə özünün televiziya kanalını və veb-saytını açır, bu gün həmin sayt dünya üzrə maliyyə analitikasının əsas mərkəzi hesab olunur.

Tədricən Bloomberg LP kompaniyası maliyyə analitikası sahəsində daha vacib mövqe tutmağa başlayır. Bu gün o eyni zamanda bir neçə istiqamətdə çox güclü mövqeyə malikdir. İlk növbədə, Maykl Blumberqin kompaniyası Bloomberg Professional bölməsinə malikdir ki, bu da müxtəlif maliyyə şirkətlərini çox bahalı terminallar ilə təchiz edir (belə bir qurğunun bir aylıq icarəsinə görə 1,5 min dollar ödəmək tələb olunur). İkincisi isə kompaniyanın Bloomberg Television bölməsi vardır ki, bu da özündə maliyyəyə həsr olunmuş böyük televiziya şəbəkəsini əhatə edir.

Kompaniyanın özünün fərdi nəşriyyatı da vardır ki, o da bu gün Bloomberg Press, Bloomberg Persona Finance və Bloomberg Markets kimi layihələrin həyata keçirilməsi ilə məşğuldur. Nyu-Yorkun hazırkı merinin imperiyasına özəl radio və hətta ayrıca bir informasiya agentliyi də daxildir. Əlbəttə ki, bloomberg.com resurslarının hakimlik etdiyi internet şəbəkəsini də yaddan çıxarmaq olmaz. Bu gün Bloomberg LP maliyyə xəbərlərinin çatdırılması baxımından dünyanın ən qabaqcıl tədarükçülərindən biridir. Kompaniyada 9,5 min insan çalışır, onlar 130 şəhərdə fəaliyyət göstərir.

Ümumiyyətlə, tam rahatlıqla demək olar ki, Blumberq biznes qurmağı bacarıb. Amma təəssüf ki, Maykl özü ona son zamanlar o qədər də vaxt ayıra bilmir. Məsələ ondadır ki, son səkkiz il ərzində onun fəaliyyətinin əsas mərkəzində dünyanın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkun idarə edilməsi məsələsi dayanır.

Həmçinin Maykl xeyriyyəçilik məsələlərinə də böyük önəm verir. Son on illiklər ərzində o, müxtəlif qeyri-kommersiya təşkilatlarının üzvü olmuş, hətta doğma universiteti olan Cons Hopkinsdə idarə heyətinin sədri postunu tutmuşdur.

Böhranın başlamasına qədər, Maykl Forbesin tərtib etdiyi ən varlı amerikanların siyahısında 8-ci yeri tuturdu, o zaman onun 20 milyard dollar olduğu qeyd olunurdu. Əlbəttə böhran Blumberqə də təsirsiz ötüşmədi, amma xoşbəxtlikdən bu təsir digər şirkətlər də olduğu qədər böyük olmadı. Elə həmin Forbesin məlumatına əsasən mer 4 milyard dollar itirsə də, ən yaxşı təmin olunmuş amerikanların siyahısındakı 8-ci yerini qoruyub saxlaya bilmişdir.

Siyasət

2001-ci ildə Maykl Blumberq Nyu-Yorkun meri seçilmişdir. Onun bu postu tuta bilməsinin əsasən iki başlıca səbəbi var: o çox sanballı maliyyə vəsaitinə sahib olduğu üçün, onun böyük miqyaslı reklam kompaniyası həyata keçirmək imkanı var idi (öz seçki kompaniyasına Maykl Blumberq şəxsən 41 milyon dollar vəsait qoymuşdur), ikinci vacib məqam o idi ki, Nyu-Yorkun ondan öncəki meri Rudolf Culiani də Blumberqin namizədliyini dəstəklədi, onun sözləri 2001-ci il sentyabr terror aktından sonra həmin an üçün çox böyük önəm kəsb edirdi.

Demək lazımdır ki, Blumberq yeni postunda da elə dərhal aktiv fəaliyyətə keçdi, onun ilk fərmanları isə yumşaq dillə desək, heç də ən populyarları deyil. Belə ki, o küçə ticarətini və ictimai yerlərdə siqaret çəkilməsini (kafe və barlarda) qadağan etdi, administrasiya xərclərini azaltdı və eyni zamanda vergiləri artırdı, belə gedişlə hamı düşünürdü ki, ikinci rəhbərlik dövrünü görmək ona qismət olmayacaq (yəni onun ikinci dəfə seçilmək şansı yoxdur).

Amma şəhərin iqtisadiyyatı dirçəlməyə başladı, cinayətkarlıq 20% azaldı, məktəb təhsilindəki vəziyyətdə  yaxşılığa doğru dəyişdi. Qısa desək, Blumberq sübut etdi ki, o əla namizəddir və bu da, ona ikinci müddətə seçilməyə kömək etdi.

Bu müddət ərzində Maykl şəhər büdcəsində tarazlıq yaratmağa və işsizliyin səviyyəsini ciddi şəkildə azaltmağa müyəssər oldu. Nəticələr göz qabağında idi. Ona görə də Nyu-York şəhər qanunvericilik şurasının onun öz namizədliyini üçüncü dəfə mer vəzifəsinə irəli sürməsinə icazə verməsində təəccüblü heç nə yoxdur. Niyə də yox? Maykl Blumberqə özünün üçüncü merlik dövründə uğurlar arzulayırıq (bəlkə siz, onun seçiləcəyinə şübhə edirsiniz?).

P.S.

Blumberqin siyasətə gedişi heç də o demək deyil ki, o bizneslə məşğul olmağı dayandırıb. Öz müəssisəsində  strateji əhəmiyyət daşıyan qərarları o, yenə də özü qəbul edir.

Son xəbərlər
Digər xəbərlər