15 C
Baku
Saturday, October 19, 2024

Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlandı

Britaniyanın aviadaşınmaların monitorinqi ilə məşğul olan Skytrax araşdırma şirkəti özünün illik dünyanın ən yaxşı aviaşirkətləri reytinqini tərtib etmişdir. The Daily Mail nəşrinin verdiyi məlumata görə reytinq təşkil edilərkən 19 milyon sərnişindən sorğu vasitəsilə məlumat alınmışdır.

Beləliklə, reytinqin ilk pilləsində artıq üçüncü dəfədir lider olan Qatar Airways şirkəti qərarlaşmışdır.  Bu aviaşirkət həmçinin Yaxın Şərqin ən yaxşı aviaşirkəti adını da qazanmışdır.

Skytrax versiyasına görə reytinqin digər pillələrində yer almış şirkətlər aşağıdakılardır:

1. Qatar Airways
2. Singapore Airlines
3. Cathay Pacific Airways
4. Turkish Airlines
5. Emirates
6. Etihad Airways
7. ANA All Nippon Airways
8. Garuda Indonesia
9. EVA Air
10. Qantas Airways

Bundan əlavə, Skytrax Singapore Airlines şirkətini ən yaxşı “biznes-klass”-a sahib şirkət olaraq seçmişdir.

Son xəbərlər
Digər xəbərlər