Sabahdan Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” Azərbaycana müntəzəm uçuşları bərpa edir.
Bu barədə şirkət məlumat yayıb.
İlk Moskva-Bakı reysi (SU-1852) yerli vaxtla saat 00:35- 04:50 radələrində həyata keçiriləcək.
Xatırladaq ki, martın 5-də “Aeroflot” martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.