19 C
Baku
Friday, May 3, 2024

Bu il Çin avtomobil ixracını artırıb

Bu yanvar-fevral aylarında Çində yığılan avtomobillərin ixracının həcmi 412 min ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 75 % çoxdur.

“Sinxua” xəbər agentliyi bunu Çin Avtomobil Sənayesi Assosiasiyasının məlumatına istinadən verib.

Məlumata görə, bu ilin ilk iki ayında minik avtomobillərinin ixracı illik ifadədə 84 % artaraq 331 min ədədə çatıb. Təkcə fevral ayında Çində yığılmış 180 000 avtomobil xarici bazarlara çıxarılıb ki, bu da illik müqayisədə 60,8 % artım deməkdir. Lakin yanvar ayı ilə müqayisədə bu göstərici 29 % azalıb.

2021-ci ildə Çinin avtomobil ixracı iki dəfə artaraq 2,02 milyon ədədə, alternativ enerji daşıyıcılarının xarici bazarlara tədarükü isə 3 dəfə artaraq 310 min ədədə çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər