15 C
Baku
Saturday, October 19, 2024

Zelenski NATO-ya səsləndi: “Bizi qeyri-müəyyən vəziyyətə salmayın

“Əgər Ukrayna NATO-ya qəbul edilsəydi, Rusiya bizi işğal etməzdi”.

Bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Mən ölkəm, xalqım üçün təhlükəsizlik zəmanəti almaq istəyirəm. Əgər NATO üzvləri bizi Alyansda görməyə hazırdırsa, o zaman bizi dərhal qəbul edin, çünki insanlar hər gün ölür. Amma xalqımızın həyatını xilas etməyə hazır deyilsinizsə, bizi qeyri-müəyyən vəziyyətə salmayın, – deyə o qeyd edib.

Zelenskinin sözlərinə, o, şəxsən Alyansın rəhbərliyindən xahiş edib ki, NATO-nun Ukraynanı bir, iki və ya beş ildən sonra qəbul edəcəyini birbaşa desin və ya sadəcə olaraq açıq şəkildə “yox” desin.

 

 

Son xəbərlər
Digər xəbərlər