“Azərkitab” mağazası fəaliyyətini tamamilə dayandırır.
Bu barədə layihə rəhbəri Sabir Həsənov məlumat verib.
Onun sözlərinə görə, mağazanın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır:
“4 ildir ki, yerləşdiyimiz inzibati binanın icarə haqqı və digər xərcləri bizim üçün artıq çətindir. Buna görə də fəaliyyətimizi müvəqqəti olaraq dayandırmağa qərar verdik və yeni ünvan barədə məlumat veriləcək”.