Hindistanın milli ödəniş sistemi RuPay yaxın gələcəkdə nəhəng beynəlxalq ödəniş sistemləri olan Visa və MasterCard-ın güclü rəqibinə çevrilə bilər. Şirkət 2016-cı ilə lredit kartı xidmətlərinə başlamağı planlaşdırır.
Hind ticarəti üçün bu müsbət hal olsa da, RuPay-in xidmət keyfiyyətinin artması sözügedən beynəlxalq ödəniş sistemləri üçün yeni rəqibin yaranması deməkdir.
Şirkətin böyük perspektivli planlarına baxmayaraq, hələ ki, ölkədə kart xidmətlərindən istifadə elə də yüksək səviyyədəd eyil. Burada ticarət nağd pullar üzərində qurulub və sürətli bir şəkildə nağdsız formata keçə bilməz. Wall Street Journal-ın hesabatına əsasən, əhalinin 15 yaşdan yuxarı yalnızca 1,8%-i kredit kartlarına sahib ola bilir.