10 C
Baku
Friday, December 13, 2024

Qazaxıstanda maska ​​rejimi ləğv edildi

Gündəlik yoluxmaların sayında əhəmiyyətli azalma qeydə alınan Qazaxıstanda karantin tədbirlərinin yumşaldılması davam edir.

Ölkənin Anti-pandemiya Komissiyasının dərc etdiyi yeni qərarla, qapalı məkanlar da daxil olmaqla, maska ​​taxmaq öhdəliyi aradan qaldırılıb.

Lakin xəstəxana və sağlamlıq mərkəzlərində maska ​​rejimi həm işçilər, həm də ziyarətçilər üçün tətbiq olunmağa davam edəcək.

Bundan əlavə, bütün məktəblər, o cümlədən universitetlər əyani təhsilə qayıdacaq.

Qeyd edək ki, Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində cəmi 12 nəfərdə COVID-19 aşkarlanıb.

Son xəbərlər
Digər xəbərlər