Azərbaycan dünyada mobil internetin sürətinə görə 138 ölkə arasında 61-ci yeri tutub.
Banker.az “Speedtest Global Index” hesabatının fevral ayı üçün açıqlanan reytinqinə istinadən xəbər verir ki, ölkəmiz sabit internetin sürətinə görə isə 180 ölkə arasında 122-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən, 1 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 30.96 Mb/saniyədən 30.85 Mb/saniyəyə düşüb. Sabit internetin yükləmə sürəti isə 17.40 Mb/san- dən 18.87 Mb/san-ə qalxıb.
“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, fevral ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 1 pillə geriləyərək 61-ci olub. Sabit internetin sürətində isə heç bir dəyişiklik olmayıb.
Belə ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Norveç və Cənubi Koreya daxil olub.
Dünyada ən zəif mobil internet isə Fələstin, Əfqanıstan və Venesueladır.