10 C
Baku
Wednesday, December 11, 2024

Macarıstan öz ərazisindən Ukraynaya silah tədarükünə icazə verməyəcək

Macarıstan öz ərazisindən Ukraynaya silah tədarükünə icazə verməyəcək, eləcə də Rusiyanın neft və qazından imtina etməyəcək.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Ölkəmizə silah tədarükünə icazə verməyəcəyik”, – P.Siyarto cümə günü sosial şəbəkədə yazıb.

O xatırladıb ki, dünən Aİ baş nazirlərinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenski iki tələbi təkrarlayıb: Macarıstandan keçməklə silah tədarükünə icazə vermək və eyni zamanda Rusiyadan təbii qaz və neft almağı dayandırmaq. “Başa düşürük ki, Ukrayna Prezidenti üçün Ukrayna xalqı ən vacib nüansdır. Lakin bizim üçün Macarıstanın və macar xalqının təhlükəsizliyi hər şeydən önəmlidir”, – P.Siyarto fikrini izah edib.

Son xəbərlər
Digər xəbərlər