Dünya birjalarında neft qiymətləri artıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,62 dollar artaraq 120,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,56 dollar bahalaşaraq 113,90 dollar olub.