9 C
Baku
Thursday, December 12, 2024

BƏƏ qaz hasilatını 30% artırır

BƏƏ-nin sənaye naziri və Abu-Dabinin “ADNOC” neft şirkətinin direktoru vurğulayıb ki, ölkə qaz hasilatını 30% artırmaq üzərində işləyir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“BƏƏ mayeləşdirilmiş qazın tədarükünü artırmaq imkanlarımızı genişləndirmək üçün təbii qaz hasilat gücünü 30% artırmaq üzərində çalışır”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, bundan əvvəl Fransa və BƏƏ xarici işlər nazirləri Jan-İv Le Drian və şeyx Abdullah bin Zaid Əl Nəhyan Avropaya enerji nəqlinin genişləndirilməsi məsələsini müzakirə ediblər.

Rusiyanın Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski “RT Arabic”ə müsahibəsində qeyd edib ki, Avropada Rusiya neft və qazını 100% olaraq əvəz etmək mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər