1 C
Baku
Saturday, December 14, 2024

Çəkməli tütün spesifik idxal rüsumundan azad edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə
“2403.19.100.1” və “2403.19.900.1” alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununa “1 kq 1 ABŞ dolları” sözlərindən sonra “(31.12.2023-cü il tarixinədək 0%)” sözləri əlavə edilib.

Qərar daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə hazırlanmışdır.

Qərara əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 2403 19 100 1 və 2403 19 900 1 alt yarımmövqeləri üzrə təsnifləşdirilən istehsal məqsədli çəkməli tütünün 31.12.2023-cü il tarixinədək spesifik idxal rüsumlarının tətbiqindən azad ediləcək.

Belə ki, Qərarın qəbul edilməsi ilə yerli tütün emalı sənayesinin istehsal məqsədli çəkməli tütünə olan tələbatının ödənilməsi səviyyəsinin qorunub saxlanılması, sözügedən məhsulların təminatında mümkün çətinliklərin və qiymət artımının qarşısının alınması proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər