Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə yola düşüb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Ərdoğan səfər çərçivəsində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2-ci İclasımda iştirak edəcək.
Qeyd edək ki, Türkiyə lideri Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşdə iştirak etdikdən sonra Özbəkistana yola düşüb.