Rusiya Müdafiə Nazirliyinin Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarından sonra qızılın qiymətində azalma müşahidə olunub.
Banker.az xəbər verir ki, London Metal Birjasında qızılın qiyməti martın 16-dan bəri ilk dəfə olaraq bir unsiya üçün $1 900-dan aşağı düşüb.