7 C
Baku
Thursday, December 12, 2024

“Kinross Gold” Rusiyadakı aktivlərini satır

Kanadanın qızıl mədən şirkəti “Kinross Gold” Rusiyadakı aktivlərinin 100%-ni satmağı planlaşdırır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc etdiyi bəyanatda deyilir.

“Şirkət Rusiyadakı aktivlərinin satışı üzrə plan hazırlayır. Qeyd edək ki, “Kinross” Rusiya biznesi ilə bağlı bir sıra arzuolunmaz təkliflər alıb və hazırda ölkədəki aktivlərin 100%-nin satışı məqsədilə üçüncü tərəf mədən şirkəti ilə müzakirələr aparır”, – deyə mesajda bildirilir.

“Kinross” – ABŞ, Braziliya, Rusiya, Mavritaniya, Çili, Qana və Kanadada mədənləri və layihələri olan böyük şirkətdir.

Rusiyada o, Çukotka yataqlarında, o cümlədən Xabarovsk şəhərində layihələr aparır. Şirkətin Rusiyadakı müəssisələrində 2 min nəfər çalışır.

Son xəbərlər
Digər xəbərlər