Ukrayna Prezidentinin müşaviri Sergey Şefirin başçılıq etdiyi nümayəndə heyəti martın 30-da İsrailə səfərə gedib.
Məlumatı İsraildə çıxan “Haaretz” qəzeti yayıb.
Bildirilib ki, nümayəndə heyətinin tərkibində Ukraynanın xalq deputatı Olqa Vasilevskaya-Smaqlyuk və Ukraynanın İsraildəki keçmiş səfiri Gennadi Nadolenko da var.
Məlumata görə, nümayəndə heyətinin İsrailin xarici işlər naziri Yair Lapidlə görüşü təyin edilib. Ukraynalı nümayəndələrin İsrailin Baş naziri Naftali Bennetlə görüşü hələ ki məlum deyil.
Vurğulanıb ki, görüşdə əsasən Rusiya ilə Ukrayna arasında danışıqları, təhlükəsizliyə dair əməkdaşlıq və İsrailin ukraynalı qaçqınları qəbul etməsi məsələləri müzakirə olunacaq.