13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda qapalı məkanlarda tibbi maska tələbinin ləğvi müzakirə olunur

Milli Məclisdə qapalı məkanlarda tibbi maskadan istifadənin ləğvi müzakirə olunur.

Bu barədə  açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat son zamanlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olmasının qapalı məkanlarda maskadan istifadə ilə bağlı tələbin aradan qaldırılmasına zəmin yaratdığını qeyd edib.

“Proqnozlar və hesablamalar, eləcə də gələcək risklər də nəzərə alınaraq məsələ ilə bağlı müzakirələr aparılır. Yaxında müzakirələrin nəticəsi bəlli olacaq”, – deyə o əlavə edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər