11 C
Baku
Tuesday, November 26, 2024

Britaniya Rusiya qazını rublla almaqdan imtina edib

Böyük Britaniya Rusiya qazının pulunu rublla ödəməyəcək. Bu barədə “The Telegraph” Britaniya hökumətinə istinadən məlumat yayıb.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sözçüsünə görə, energetika naziri Kvazi Kvartenq və onun həmkarları “Rusiya yanacağı üçün pul ödəməyəcəklərini açıq şəkildə bildirib”. Daha əvvəl G7 ölkələri Rusiya Federasiyasından rubla qaz almaqdan imtina edib.

Hökumət sözçüsü həmçinin əlavə edib ki, London müttəfiqləri Rusiyaya qarşı sanksiyaları artırmağa, o cümlədən SWIFT beynəlxalq banklararası ödəniş sisteminə çıxışı məhdudlaşdırmağa inandırmaq niyyətindədir.

Almaniya hakimiyyəti Rusiyadan qaz təchizatı dayandırılacağı təqdirdə qaz təchizatında fövqəladə erkən xəbərdarlıq rejimini artıq işə salıb. Fransa gələn qışda tədarükün kəsilməsi riski səbəbindən öz vətəndaşlarını elektrik enerjisi və qaza qənaət etməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər