6 C
Baku
Monday, December 16, 2024

Vuçiç: “Serbiya tamamilə Rusiya qazından asılıdır”

Serbiya iqtisadiyyatı 100% Rusiya qazından asılıdır, ona görə də Belqrad Moskva ilə qarşıdakı qaz danışıqlarında yaxşı qiymətə ümid edir.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib.

“İndiyə qədər biz gündəlik 6 milyon həcmə görə 1000 kubmetr üçün 270 dollar ödəyirdik. Bu, danışıqlar məsələsidir, amma inanıram ki, yaxşı qiymətə razılaşa bilərik. Biz diversifikasiya üzərində işləyə bilərik, lakin hazırda biz 100% Rusiya qazından asılıyıq, insanlar bunu bilməlidir. Eyni şey Adriatik neft kəməri (JANAF) vasitəsilə neftin çatdırılması məsələsinə də aiddir”, – Vuçiç bildirib.

Serbiya Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulacaqmı sualına Vuçiç belə cavab verib: “Təzyiq olarsa, olacaq, amma Serbiya ciddi ölkədir və buna uyğun reaksiya verəcək”.

Son xəbərlər
Digər xəbərlər