Tbilisinin Samqori rayonunda “Gürcüstan Bankı”nın filialına basqın olub.
Maskalı şəxsin silahlı olduğu bildirilir.
Basqınçı qaçmağa müvəffəq olub. Yayılan məlumatlara əsasən, o, müəyyən məbləğdə pul oğurlaya bilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əməliyyat-istintaq tədbirləri aparılır.