“Bloomberg”in (“Bloomberg Billionaires Index”) məlumatına əsasən 1 aprel tarixinə görə 22 rusiyalı milyarderlərin varidatı ümumilikdə 299,47 milyard dollar təşkil edir.
2022-ci ilin əvvəlindən etibarən bu məbləğin 50,1 milyard dollara qədər azaldığı qeyd olunur.
Hazırda Rusiyanın ən zəngin beş milyarderi bu şəxslərdir:
Vladimir Potanin – 29,4 milyard dollar sərvəti var
Leonid Mixelson – 27,5 milyard dollar sərvətə sahibdir
Aleksey Mordaşov – 23,1 milyard dollar sərvətə malikdir
Vladimir Lisin – 23 milyard sərvətə sahibdir
Əlişir Usmanov – 19,8 milyard sərvətə sahibdir
Məlumatda qeyd olunur ki, “Lukoil”in rəhbəri Vahid Ələkbərov Rusiyada ən çox sərvət itirən milyarderlər sırasında birincidir.
Onun sərvəti 2022-ci ilin əvvəlindən 17,4 milyard dollar azalıb.
İndi V. Ələkbərovun sərvəti 5,36 milyard dollar qiymətləndirilir.