-1 C
Baku
Sunday, December 15, 2024

İtaliya və İspaniya yeni qaz kəməri çəkməyi planlaşdırırlar

İtaliyanın Baş naziri Mario Dragi İspaniyaya qaz kəmərinin çəkilməsi ideyasını həmin ölkənin Baş naziri Pedro Sançeslə müzakirə etdiyini açıqlayıb.

Yeni qaz kəməri Avropanın Rusiya enerjidaşıyıcılarından asılılığını azaltmaq məqsədi daşıyır.

İspaniya Avropada ən böyük qazlaşdırma imkanlarına malik ölkələrdəndir, lakin Pireney yarımadası keçmişdə qazın digər ölkələrə çatdırılmasını çətinləşdirirdi.

Draginin sözlərinə görə, Rusiya ehtiyatlarının 30-40 %-i dərhal dəyişdirilə bilər, qalanı – çətin olacaq.

Daha əvvəl bildirilmişdi ki, Avropada qazın qiyməti rublla ödənişlərlə bağlı narahatlıqlar səbəbindən artır. Rusiya prezidentinin fərmanına əsasən, Qərb ölkələri qazın pulunu ödəmək üçün Rusiya banklarında rubl hesabları açmalı olacaqlar. Əks halda qazın tədarükü ilə bağlı müqavilələr dayandırılacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər