Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatları başlayandan indiyədək 158 uşaq ölüb, 254-dən çox uşaq yaralanıb.
Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, ən çox zərər çəkmiş uşaqlar Kiyevdə – 75 nəfər, Donetskdə – 71 nəfər, Xarkovda – 56 nəfərdir.