Avropa İttifaqı səlahiyyətliləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.
“Aİ-nin növbəti sanksiyaları və Ukraynaya dəstəyi yoldadır”, – o, tviterdə yazıb.
Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətləri rəsmi Moskvaya qarşı böyük sanksiyalar tətbiq ediblər. Hətta dünyanın tanınmış şirkətləri Rusiya bazarını tərk edib və ya investisiya qoymaqdan imtina ediblər