“Volkswagen”in Rusiyanın Kaluqa və Nijni Novqorod şəhərlərindəki zavodu yaya kimi işləməyəcək.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Buna baxmayaraq, şirkət bazarı tərk etməyi planlaşdırmır. Xatırladaq ki, zavodlar martın 3-ündə, Rusiyaya avtomobil tədarükü dayandırıldıqdan bağlanıb.
Kaluqdakadı zavod “Volkswagen Polo”, “Skoda Rapid” və “Volkswagen Tiguan”, Nijni Novqoroddakı zavod isə “Skoda Octavia”, “Karoq” və “Volkswagen Taos” modellərini istehsal edir.
Böyük Britaniya, Aİ, ABŞ və digər ölkələr tərəfindən bir sıra anti-Rusiya sanksiyaları paketinin tətbiqindən sonra onlarla xarici şirkət Rusiyadakı fəaliyyətini və ölkəyə çatdırılmalarını dayandırıb.