Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rəhbərlər Şurası Rusiya və Belarusun bankın maliyyəsinə çıxışını dərhal dayandırmaq barədə qərar qəbul edib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə maliyyə institutunun press-relizində deyilir.
“AYİB-in Rəhbərlər Şurası Ukraynanın işğalından sonra bu iki ölkəyə qarşı sərt tədbirlərin görülməsini təsdiqləyib. Rəhbərlərin müvafiq qərarı gəldikdən sonra Rusiya Federasiyası və Belarusun bankın resurslarına çıxışı rəsmi olaraq və dərhal dayandırılacaq”, – deyə mesajda bildirilib.
AYİB hazırda Ukrayna, eləcə də bu ölkədən qaçqınlarla üzləşən digər region ölkələri üçün 2 milyard avroluq iqtisadi dayanıqlıq və dolanışıq dəstəyi paketinin təmin edilməsinə diqqət yetirir.