6 C
Baku
Sunday, December 15, 2024

Haqqı ödənilən ictimai işlərə cəlbolunma ilə bağlı yeni mexanizmlər hazırlanacaq

Haqqı ödənilən ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və baxılma prosedurlarının elektronlaşdırılması, sui-istifadə hallarını aradan qaldıracaq mexanizmlər hazırlanacaq.

Bu barədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planından nəzərdə tutulub.

Mexanizmin əsas icraçı Nazirlər Kabineti, digər icraçıları isə yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, Baş Prokurorluq isə tövsiyə edilir.

Mexanizmin 2022-2023-cü illərdə hazırlanması nəzərdə tutulur.

İlkin nəticə haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla bağlı müraciətlərin mövcud vəziyyətinin təhlili, aralıq nəticə bu sahədə sui-istifadəyə imkan yaradan halları aradan qaldıra biləcək preventiv tədbirlərin müəyyən edilməsi, müraciətlərin tam elektronlaşdırılması, yekun nəticə isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla bağlı müraciətlər üzrə vətəndaş məmnunluğunun təmin edilməsidir.

 

 

Son xəbərlər
Digər xəbərlər