Azərbaycanda üç yeni lizinq şirkəti yaradılıb.
Banker.az xəbər verir ki, Daşkəsən rayonunda “Lizinq Lombard Təşkilatı” MMC adlı lizinq şirkəti təsisi edilib. 12 saylı Ərazi Vergilər Baş İdarəsi lizinq şirkətini 2022-ci ilin martında qeydiyyata alıb. Şirkət Daşkəsən rayonu Bayan kəndində qeydiyyata alınmaqla, 200 manat nizamnamə kapitalına sahibdir. Ona qanunu təmsilçiliyi İsgəndər Əhmədov Bəşir oğludur.
“Star-Lizinq” MMC, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Ceyhun Səlimov, ev 1, m. 1 ünvanında qeydiyyata alınıb. 100 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Babək Piriyev Mahir oğludur.
“Yüksəl Lizinq” MMC də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 42A, m. Qeydiyyata alınıb, 100 manat nizamnamə kapitalı var və qanuni təmsilçisi Rəşad Qarayevdir.