“Forbes USA” jurnalı dollar milyarderlərinin növbəti, 36-cı qlobal reytinqini dərc edib. İlk dəfədir ki, birinci sıranı İlon Mask tutub.
Banker.az bu barədə “Forbes.ru”a istinadən xəbər verir.
Xatırladaq ki, iki il əvvəl “SpaceX” və “Tesla”nın rəhbəri 31-ci yerdə olub. İl ərzində sahibkarın sərvəti 68 milyard dollar artıb və 219 milyard dollara çatıb.
Ümumilikdə, reytinqdə 2 668 milyarder yer alır – bu, 2021-ci illə müqayisədə 87 nəfər çoxdur. Onların ümumi sərvəti 12.7 trilyon dollar təşkil edir ki, bu da ötən ilkindən 0.4 trilyon dollar azdır.
Dünyanın ən zəngin 20 adamının tam siyahısı:
1. İlon Mask ($219 mlrd.)
2. Ceff Bezos ($171 mlrd.)
3. Bernar Arno ($158 mlrd.)
4. Bill Qeyts ($129 mlrd.)
5. Uorren Baffet ($118 mlrd.)
6. Larri Peyc ($111 mlrd.)
7. Serqey Brin ($107 mlrd.)
8. Larri Ellison ($106 mlrd.)
9. Stiv Balmer ($91.4 mlrd.)
10. Mukeş Ambani ($90.7 mlrd.)
11. Quatam Adani və onun ailəsi ($90 mlrd.)
12. Maykl Blumberq ($82 mlrd.)
13. Karlos Slim Elu ($81.2 mlrd.)
14. Fransuaza Betankur-Mayers və ailəsi ($74.8 mlrd.)
15. Mark Çukerberq ($67.3 mlrd.)
16. Cim Uolton ($66.2 mlrd.)
17. Zhun Shanshan ($65.7 mlrd.)
18. Elis Uolton ($65.3 mlrd.)
19. Rob Uolton ($65 mlrd.)
20. Çanpen Zhao ($65 mlrd.).