7 C
Baku
Thursday, December 12, 2024

Vilyam Hacıyevin həbs qoyulmuş 5 milyonluq əmlakı – SİYAHI

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik.

Bakı şəhərində yerləşən mənzil;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil.

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş “Rance Rover” markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.

Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əmlakların dövlət müfinə müsadirə edilib-edilməməsinə qərar veriləcək.

 

 

Son xəbərlər
Digər xəbərlər