6 C
Baku
Sunday, December 15, 2024

Bank mütəxəssisləri səyahət zamanı çipli plastik kartlardan istifadə etməyi tövsiyyə edirlər

Bank mütəxəssisləri əcnəbi ölkəyə səyahət etmədən öncə maqnit kartlarınızı yeniləməyi məsləhət görür. Mütəxəssislərin fikrincə, xarici ölkəyə yollanan vətəndaşlarımız maqnit lentli kredit kartlarından istifadə edərkən kartın qəbulundan imtina, nağdlaşdırma zamanı yüksək komissiya və məzənnə fərqi ilə qarşılaşa bilər.

Avropa ölkələrin səyahət üçün yollanan azərbaycanlı turistlərə çipli kartlardan istifadə etmək məsləhət görülür. Avropa İttifaqı ölkələrində mağaza, restoran və yaxud klublarda artıq maqnit lentli kredit kartları qəbul edilmir. Nəticədə xarici ölkədə çıxılmaz vəziyyətlə qarşılaşa bilərsiniz.

Xarici ölkədə yarana biləcək növbəti sual isə nağdlaşdırma üçün nəzərdə tutulmuş komissiyanın həcmidir. Xarici ölkədə nağdlaşdırma həyata keçirilərkən bankomat sahibi ilə yanaşı, kartın emitenti tərəfindən də komissiya tutulur.

Səyahət zamanı kartınız “yad” əllərə düşərsə operativ şəkildə hesabınızı dondurmaq lazımdır. Bunu call-centre-ə zəng etməklə və yaxud internetin köməkliyi ilə edə bilərsiniz. Bu zaman bankların əksəriyyəti nağdlaşdırma üzrə limitlər təyin edə bilər. Ekspertlər həmçinin kartdan pulları hissə-hissə, yəni tələb olduqda çıxarmağı məsləhət görürlər. Çünki heç kəs qarət halından sığortalanmayıb.

Son xəbərlər
Digər xəbərlər