8 C
Baku
Friday, December 13, 2024

Pirallahıda qara kürü istehsal edən şirkətin kapitalı 160 mln manata çatdırıldı

Azərbaycanın böyük özəl gəmiçilik şirkəti olan “Caspian Marine Services Limited” və “Caspian Marine Service B.V.” (CMS) şirkətlərinə daxil olan şirkətin nizamnamə kapitalı artırlıb, 160 mln. manata çatdırlıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “CMS Properties” MMC-nin nizamnamə kapitalı 3 400 000 manat, yaxud 2.2% artırılıb.

Bununla da şirkətin nizamnamə kapitalı 159 025 000 manata yüksəlib.

Pirallahıda  “CMS Properties”nin “Nərəkənd” balıqyetişdirmə kompleksi vardır. Ölkə başçısının 2017-ci ildə bu şirkətinin layihənin təməlqoyma mərasimində deyilmişdi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub.

“Caspian Marine Services Limited” Azərbaycananda 2010-cu ildən, “Caspian Marine Service B.V.” (B.V. – holland dilində besloten vennootschap) isə 2018-ci ildən filial kimi fəaliyyət göstərilirlər. Hər iki şirkətin Azərbaycandakı filialının baş direktoru Zamiq İsmayılov Ömər oğludur (əvvəllər ASCO-nun sədr müavini idi).

Xəzər dənizində neft-qaz hasilatı ilə bağlı əməliyyatların təmin edilməsi və neft-qaz platformalarına işçilərin daşınması üçün dəniz nəqliyyatı xidmətləri göstərir.

Xəzər regionunda fəaliyyətə 2006-cı ildə başlamışdır. Əsas fəaliyyəti, müasir texnologiyalardan və qabaqcıl idarəetmə sistemlərindən istifadə etməklə, Xəzərin Azərbaycan və digər sektorlarında çalışan şirkətlərə dəniz nəqliyyatı xidmətlərinin göstərilməsindən ibarətdir. Fəaliyyət göstərdiyi sənaye sahəsində davamlı inkişaf məqsədi ilə şirkət digər şirkətlərlə əməkdaşlıq edir və bütün hüquqi tələblərə uyğun və mümkün qədər əsaslandırılmış şəkildə təşkil edir.

Son xəbərlər
Digər xəbərlər