Türkiyə bir çox ölkə və nümayəndəliklərə yeni səfir təyin edib.
Prezident Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də yayınlanıb.
Belə ki, xarici işlər nazirinin müavini Yavuz Selim Kıranın Türkiyənin Xorvatiya səfiri, Ali Kaan Orbay Gürcüstan, Mehmet Paçacı Pakistan, Bekir Uysal Belçika səfiri və Levent Eler BMT-nin Vyanadaki ofisində daimi nümayəndə vəzifəsinə təyin olunublar.