Oğurluqda təqsirləndirilən qadına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nərgiz Ağaməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə N. Ağaməmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Ağaməmmədova vətəndaşların pullarını, kredit kartlarını və digər qiymətli əşyalarını oğurlamaqda təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilir.

APA

Son xəbərlər
Digər xəbərlər