2 C
Baku
Saturday, December 14, 2024

Yeni qaydalar nəyi dəyişəcək?

Mərkəzi Bank xeyili müddət gündəmdə saxladığımız təklifimizi axır ki qəbul etdi: banklar müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faizədək məhdudlaşdıracaqlar. Bu o deməkdir ki, kredit məbləğindən asılı olmayaraq bütün banklar ən çoxu 1 faiz komissiya haqqı hesablaya biləcəklər.

Ekspert Vüqar Bayramov bildirir ki, biz Mərkəzi Bank real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komissiya haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməsini dəfələlər təklif edirdik. Təəssüf ki, uzun müddət komissiya haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metod idi. Bəzi kommersiya bankları hətta 8-10 faizlik komissiya haqları təklif edirdilər. Bankların ”faiz tələsi” əslində çox sadə idi: banklar faizi elan edirdilər, amma komissiya haqlarının faizini bildirmirlər.

Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komissiya haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirdi. Bu zaman müştəri iki sənədə qol çəkirdi – 540 manatlıq kreditin alınması və 40 manatlıq komissiya haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilirdi. Buna baxmayaraq kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanırdı. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olurdu. İndi isə vəziyyət fərqli olacaq, 500 manatlıq kredit götürən şəxs cəmi 5 manat komssiya haqqı ödəyəcək. Bunu isə kredit formasında deyil, birbaşa nağd şəkildə edə bilər ki, bu da imkan verəcək ki, faizlər kreditin öz, əsas məbləğindən 500 manatdan hesablansın. Deməli, bu halda nominal və real faizlər eyni olacaq və praktik olaraq müştəri aldadılmayacaq.

Hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komissiya haqqları tətbiq edilir. Bəzi ölkələrdə isə belə haqqlar ümumiyyətlə yoxdur. Bu baxımdan, ölkəmizdə də oxşar praktikanın tətbiq edilməsi vacib idi.

Bəs, yeni qaydalar nəyi dəyişəcək?

 Əvvəlla, bu banklara imkan verməyəcək ki, kredit götürən vətəndaşlar üçün fərqli və daha yüksək faizlər hesablasınlar. İkincisi, komissiya haqqlarının məhdudlaşdırılması real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Ücüncüsü, artıq bankların ucuz və aldadıcı reklam kampaniyalarına son qoyulacaq. Nəhayət, kredit üçün banka müraciət edən şəxs öncədən öz xərclərinin dəqiq hesablaya biləcək.

Eyni zamanda, kommissiya haqqları üçün tavanin müəyyənləşdirilməsi Mərkəzi Bankın göstərişi olduğu üçün bütün bankların buna qeyri-şərtsiz əməl etməsi vacibdir. Müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq haqq hesablamasınlar. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var.

Son xəbərlər
Digər xəbərlər