17 C
Baku
Friday, October 18, 2024

CFO Club Azerbaijan AICPA və CIMA ilə birgə əməkdaşlığa başlayıb

CFO Club Azerbaijan və Beynəlxalq Sertifikatlı Peşəkar Mühasiblər Assosiasiyası (Assosiasiya) Azərbaycanda maliyyə və mühasibatlıq sahəsində çalışan peşəkarlara dəstək olmaq üçün birgə əməkdaşlığa başlayıb. Qeyd edək ki, Assosiasiya AICPA (American Institute of CPAs) və CIMA (The Chartered Institute of Management Accountants) təşkilatlarını təmsil edir.

Bu əməkdaşlıq çərçivəsində hər iki təşkilat ölkədəki maliyyə və mühasibatlıq sahəsində çalışan şəxslərin biliklərini və peşəkar bacarıqlarını inkişaf etdirmək üçün çalışacaq. Bu məqsədlə müxtəlif hesabatlar, texniki bacarıqlara və yeni trendlərə aid onlayn kurslar daxil olmaqla faydalı resurslardan istifadə imkanı təmin edəcək və birgə tədbirlər təşkil edəcəklər.

2022-ci ildə planlaşdırılan əsas tədbirlərdən biri tələbələr üçün nəzərdə tutulan “CIMA Emerging Leaders Championship” Azərbaycanda təşkil edilməsidir. Müsabiqənin tələbələr arasında istedadların və gələcəyin biznes liderlərinin seçilməsinə və inkişafına kömək edəcəyi gözlənilir. Sözügedən tədbir iştirakçılar üçün maliyyə, mühasibatlıq və biznes düşüncəsi bacarıqlarını nümayiş etdirmək üçün böyük fürsətdir.

Məlumat mənbəyi: https://www.cimaglobal.com/Our-locations/Eurasia/Latest-news/88—CIMA11111111/

Beynəlxalq Sertifikatlı Peşəkar Mühasiblər Assosiasiyası, AICPA və CIMA haqqında

AICPA® və CIMA® təmsil edən Beynəlxalq Sertifikatlı Peşəkar Mühasiblər Assosiasiyası® (Assosiasiya) 192 ölkə və regionda 696,000 AICPA və CIMA üzvləri, tələbələr və peşəkarlar adından fəaliyyəti ilə mühasibatlıq və maliyyə peşəsini beynəlxalq miqyasda inkişaf etdirir. Mühasibat və idarəetmə uçotu üzrə dünya lideri olan Assosiasiya CPA, CGMA və digər kvalifikasiyaları daxil olmaqla, peşəkar və liderlik bacarıqlarını inkişafını təbliğ edir. Assosiasiya daha dayanaqlı gələcək naminə öz üzvlərini və peşakarları zəruri bilik və imkanlarla təmin edərək onların effektiv lider olması üçün dəstək verir.

American Institute of CPAs® (AICPA) (dünyada CPA peşəsini təmsil edən ən böyük assosiassiyadır) öz üzvləri üçün etik standartları və özəl şirkətlər, qeyri-kommersiya təşkilatları, federal, əyalət və yerli hökumət qurumları üçün ABŞ audit standartlarını müəyyən edir. AICPA həmçinin vahid CPA imtahanlarını təşkil edir, nəticələrini qiymətləndirir və mühasibatlıq peşəsi üçün gələcək istedadları yetişdirir.

Chartered Institute of Management Accountants® (CIMA) idarəetmə uçotu üzrə mühasiblərin üzv olduğu dünyanın aparıcı və ən böyük peşəkar qurumudur. CIMA işəgötürənlərlə sıx əməkdaşlıq edir və qabaqcıl tədqiqatların aparılmasına dəstək verir. CIMA üzvləri olan maliyyə peşəkarlarının işə cəlb olunması üçün işəgötürənlərin müraciət etdiyi ilk qurum olaraq öz mövqeyini qoruyub saxlamaq məqsədilə daim öz peşəkar kvalifikasiya və təcrübə tələblərini təkmilləşdirir.

CFO Club Azerbaijan haqqında

 CFO Club Azerbaijan maliyyə peşəkarlarının yeni yaradılmış ictimai cəmiyyətidir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda effektiv ünsiyyət platforması yaratmaq və maliyyə sahəsində bilik və bacarıqların inkişafına dəstək verməkdir. Buna nail olmaq üçün müxtəlif inkişaf proqramları, bilik və təcrübə mübadiləsi  ilə bağlı tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

CFO Club Azerbaijan haqqında məlumatı izləmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Vebsaye: https://www.cfo-club.az/

LinkedIn Səhifə: https://www.linkedin.com/company/cfo-club-azerbaijan

Telegram: https://t.me/cfoclubazerbaijan

CFO Club Azerbaijan dəstək üçün [email protected] elektron ünvanına məktub yaza bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər