7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankın qərarı kredit bazarına hansı təsiri göstərəcək?

Mərkəzi Bankın bu günki qərarından sonra, kredit bazarının iki cəbhəsində həm müştərilər, həm də banklar tərəfindən bir mənalı qəbul edilmədi. Banklar bu qərarın onların işini çətinləşdirəcəyini və bu məsələnin Mərkəzi Bankın səlahiyyətlərinə daxil olmadığını, müştərilər isə komissiya endirilməsinə sevinsələr də, onun ardınca gələcək dalğalardan ehtiyatlanırlar.

Qərardan sonra nə olacaq?

Böyük ehtimalla, bankların çoxu kreditləşməni bir müddətlik saxlayacaqlar. Bu proses 1-3 ay çəkə bilər. Çünki yeni qaydaların kreditləşmə prosesinə otuzdurulması və kreditin maya dəyərinin hesablanması müəyyən vaxt tələb edir. Bəzi bankların bu prosesi sürətlə aparmasına baxmayaraq, çoxu ləng aparmaqda daha maraqlı olacaqlar ki, digər bankların atdığı addımlara baxıb situasiyanı qiymətləndirsinlər.

Banker.az ekspertlərinin fikrincə, banklar birbaşa deyil, zamanla komission faizlərindən kəsilmiş məbləği kredit faizlərinin üzərinə gələcəklər. Bir müddətdən sonra  kredit faizlərinin artımı müşahidə olunacaq.

Həmçinin, ekspertlərin fikrincə, Mərkəzi Bank Rusiya ssenarisi üzrə, daha detallı desək, kredit faizlərinin artımının qarşısını almaq üçün limitlər təyin edə bilər. Bu praktika Rusiyada təxminən 1-2 il bundan öncə avtomobil və bəzi istehlak kreditləri üçün tətbiq edilmişdir.

Ümumi yanaşdıqda, kredit götürmək əvvəlkinə nisbətən çətinləşəcək (qismən). Çünki , bu vaxta qədər bank qiymət təyin edirdi və qaytarılmayan kreditləri gəliri ilə kompensasiya edirdi. Hazırda bu metod qismən məhdudlaşıb – çünki gəlir artıq əvvəlki kimi deyil.

Məqsəd nə idi?

Təbii ki, məqsəd haqqında dəqiq informasiya yalnız Mərkəzi Bank nümayəndələrində olmasına baxmayaraq, bu məsələ ətrafında mülahizələrimizi biz də yürütmək istərdik.

  • Mərkəzi Bank çox güman ki, bu addımı əhalinin mənafeyi üçün atdı. Bankların gəlirləri artıq 2-ci plana atıldı.
  • Əhalinin bu addımdan faydalanmağı qismən olacaq, lakin ideyanın tam olaraq reallaşması üçün Mərkəzi Bankın daxili nəzarət orqanları nəzarət fəaliyyətini bir qədər artırmalıdır, əks halda komission haqqlarından kəsilən gəlir kredit faizlərinin üzərinə gətiriləcək.

Banker.az olaraq düşünürük ki, Mərkəzi Bank tərəfindən bundan sonrakı dövrdə Banklara hansısa dəstəyin verilməsi labüddür. Bu bankların maliyyə dayanıqlığını təmin etmək üçün maliyyə mənbələrinin təqdim olunmasında və ya digər formada ola bilər. Bildiyimiz odur ki, hazırda bank sisteminin durumu ağırdır. Bankların gecikmədə olan kredit portfelləri durmadan artmaqdadır və bu günki qərar kimi bəyanatlar durumu daha da çətinləşdirir. Bunu hətta bu dünən Moody’s reytinq agentliyidə öz bəyanatı ilə təstiq etdi.

Son xəbərlər
Digər xəbərlər