Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləyən İsveçrə Rusiyanın 7.5 milyard frank (indiki məzənnə ilə 8 milyard dollardan çox) dəyərində aktivlərini bloklayıb. Bu barədə cümə axşamı İsveçrə Konfederasiyasının İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) rəsmi nümayəndəsi Fabian Mayenfiş məlumat verib.
“Bəli, bu doğrudur”, – deyə o, İsveçrənin sanksiyalar altında 7.5 milyard frank dəyərində Rusiya avuarını blokladığını təsdiq etdikdə deyib.