8 C
Baku
Friday, December 13, 2024

Türkiyə Mərkəzi Bankının ehtiyatları 109 mlrd. dollara çatıb

Türkiyə Mərkəzi Bankının ehtiyatları aprelin 1-dən bir həftə ərzində 924 mln. ABŞ dolları artaraq 108,9 mlrd. dolları üstələyib.

Bu barədə Mərkəzi Bankın həftəlik nəşrində deyilir.
Müvafiq olaraq, Mərkəzi Bankın ümumi valyuta ehtiyatları aprelin 1-nə 1,219 mlrd. dollar artaraq 66,857 mlrd. dollar olub. Ümumi valyuta ehtiyatları martın 25-nə 65,638 mlrd. dollar təşkil edib.

Nəzərdən keçirilən dövrdə qızıl-valyuta ehtiyatları 295 mln. dollar azalaraq 42,399 mlrd. dollardan 42,104 mlrd. dollara enib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər