ABŞ və Rusiya hərbi departamentləri arasında son aylarda dialoq yaxşı getmir.
Bunu Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Senatında keçirilən dinləmələrdə deyib.
“General Mark Milley və mən Rusiyadakı həmkarlarımızla tez-tez əlaqə saxlamışıq ki, dialoqu davam etdirdiyimizə əmin olaq. Bununla belə, fevralın ortalarından rusiyalılar heç bir cavab verməyib”, – Ostin bildirib.